Avstraliya hökuməti Asiya Kubokunda iştirak edən İran qadın milli komandasının bir neçə üzvünə təhlükəsizlik mülahizələrinə görə daimi yaşayış icazəsi verdiyini açıqlayıb.  


Postxronika.az xəbər verir ki, ölkənin immiqrasiya naziri Tony Burke parlamentdəki çıxışında əvvəlcə qalmaq istəyən iki nəfərdən birinin sonradan fikrini dəyişərək geri döndüyünü bildirib. Rəsmi şəxsin sözlərinə görə, qərarından daşınan idmançı komanda yoldaşlarının və məşqçisinin tövsiyəsi ilə Tehranın səfirliyinə müraciət edərək nümayəndə heyətinə qoşulub.

Hava limanında ciddi polis nəzarəti altında futbolçulara fərdi şəkildə sığınacaq təklif olunsa da, əksər üzvlər müxtəlif təzyiqlər və ailə faktorları səbəbindən vətənə qayıtmağa üstünlük veriblər. Hazırda beş futbolçu və bir dəstək heyəti üzvü Avstraliya tərəfindən qorunur və onların təhlükəsizliyi üçün yerləri gizli saxlanılır. Bu hadisə beynəlxalq arenada idmançıların üzləşdiyi siyasi basqıların növbəti nümunəsi kimi geniş əks-səda doğurub.