FİFA prezidenti Canni İnfantinonun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ölkələr arasında müharibə olmasına baxmayaraq, İranın bu yay keçiriləcək Dünya Kubokunda iştirakına "xoş gəlmisiniz" deyib.
Postxronika.az xəbər verir ki, bu barədə İnfantino "instaqram" hesabında paylaşım edib.
O bildirib ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi və 11 iyunda başlayacaq turnirə hazırlıqları müzakirə etmək üçün çərşənbə axşamı Trampla görüşüb. İnfantino həmçinin Trampla İrandakı mövcud vəziyyət barədə danışdıqlarını qeyd edib.