UEFA Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanan komandaların heyət dəyərləri diqqəti cəlb edib. Siyahıya əsasən, ən yüksək heyət dəyərinə malik komanda 1,36 milyard avro ilə "Real Madrid"dir. İspaniya nəhəngini 1,31 milyard avro ilə" Mançester Siti" və 1,23 milyard avro ilə "Arsenal" izləyir.

Postxronika.az xəbər verir ki, Türkiyəni təmsil edən "Qalatasaray" 344 milyon avroluq heyət dəyəri ilə siyahıda 15-ci yerdədir. 1/8 finaldakı komandaların heyət dəyəri aşağıdakı kimidir:

"Real Madrid" – 1,36 milyard avro

"Mançester Siti" – 1,31 milyard avro

"Arsenal" – 1,23 milyard avro

"Paris Sen-Jermen" – 1,20 milyard avro

"Çelsi" – 1,16 milyard avro

"Barselona" – 1,11 milyard avro

"Liverpul" – 1,02 milyard avro

"Bayern Münhen" – 959,95 milyon avro

"Tottenhem Hotspur" – 802 milyon avro

"Nyukasl Yunayted" – 708 milyon avro

"Atletiko Madrid" – 584 milyon avro

"Sportinq CP" – 464 milyon avro

"Bayer Leverkuzen" – 422 milyon avro

"Atalanta" – 386 milyon avro