Biz sizin (Antonio Koşta – red.) səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə verəcək. Onlar uğurla inkişaf edir, xüsusilə son dövrlərdə. Bizim çox fəal dialoqumuz var.

Postxronika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatda deyib.

Dövlətimizin başçısı qeyd edib ki, biz əməkdaşlığımızı çox fəal mərhələsindəyik.