"Mançester Yunayted"in mərkəz müdafiəçisi Harri Maquayr İngiltərə Premyer Liqasının 30-cu turunda "Aston Villa"ya qarşı keçirəcəkləri matçdan öncə rəqib komandanın formasını geyinən Viktor Lindelöf haqqında müsbət fikirlər səsləndirib. İngilis futbolçu isveçli həmkarının möhtəşəm oyunçu olduğunu və "qırmızı şeytanlar"ın heyətində çıxış edərkən layiq olduğu qiyməti tam almadığını vurğulayıb. O, birlikdə oynadıqları dövrlərdə qitə miqyasında ən çox quru oyun keçirən müdafiə xəttini formalaşdırdıqlarını xatırladıb.

Postxronika.az xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən Maquayr keçmiş tərəfdaşı ilə aralarında həmişə güclü anlaşma olduğunu qeyd edib. Təcrübəli idmançı karyerası ərzində ən çox məhz Viktorla çiyin-çiyinə mübarizə apardığını və onların meydandakı münasibətinin digər oyunçularla müqayisədə xüsusi bir bağa əsaslandığını bildirib.