Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ öz meydanında İngiltərənin "Çelsi" klubunu qəbul etdi. Qollara zəngin olan qarşılaşmada Fransa təmsilçisi 5:2 hesablı inamlı qələbə qazandı.
Matçda hesabı 10-cu dəqiqədə Joao Nevesin ötürməsindən sonra Bredli Barkola açdı. Qonaqlar 28-ci dəqiqədə Entso Fernandesin pasını qola çevirən Malo Qusto ilə tarazlığı bərpa etsələr də, 40-cı dəqiqədə Usman Dembele (məhsuldar ötürmə: Dezire Due) parisliləri yenidən önə keçirdi. İlk hissə meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatdı.
İkinci hissəyə qonaq komanda fəal başladı. 57-ci dəqiqədə Pedro Netonun asmasını qola çevirən Enzo Fernandes yenidən hesabı bərabərləşdirdi - 2:2. Lakin 62-ci dəqiqədə meydana daxil olan Xviça Kvaratsxeliya oyunun ssenarisini tamamilə dəyişdi. Gürcüstanlı hücumameyilli yarımmüdafiəçi əvvəlcə 74-cü dəqiqədə Vitinyanın vurduğu 3-cü qolun məhsuldar ötürməsini verərək komandasını üstün duruma gətirdi.
Matçın sonlarında isə ulduz futbolçu özü səhnəyə çıxdı. O, 86-cı dəqiqədə Vilyam Paçonun, 90+4-cü dəqiqədə isə Əşrəf Hakimidən aldığı pasları qola çevirərək dubla imza atdı və yekun hesabı müəyyənləşdirdi. Meydana sonradan daxil olmasına baxmayaraq matçın ən yaxşı oyunçusu (10.0 xal) seçilən Xviça möhtəşəm performansı ilə yadda qaldı.
Hüseyn Rəşadoğlu