İraq təhlükəsizlik mülahizələrinə görə neft terminallarındakı əməliyyatları müvəqqəti olaraq dondurub. 

Postxronika.az xəbər verir ki, İranla əlaqələndirilən hücumlar nəticəsində Bəsrə sahilləri yaxınlığında neft tankerləri hədəf alınıb. 

Baş verən hadisədən sonra İraq rəhbərliyi mövcud riskləri dəyərləndirmək məqsədilə neft yükləmə məntəqələri və liman terminallarında işləri müvəqqəti dayandırmaq qərarına gəlib.