ABŞ-də aparılan sonuncu sosioloji tədqiqat göstərir ki, amerikalıların böyük bir hissəsi İranla potensial hərbi toqquşmanın qısa zamanda yekunlaşacağına ümid etmir.
Postxronika.az "Reuters" və "Ipsos"un birgə keçirdiyi rəy sorğusuna istinadən xəbər verir ki, respondentlərin 60 faizi bu münaqişənin uzunmüddətli xarakter daşıyacağına inanır. Yalnız 36 faiz iştirakçı hərbi əməliyyatların tezliklə başa çatacağı qənaətindədir.
Tədqiqat nəticələri həmçinin ABŞ vətəndaşlarının iqtisadi sabitliklə bağlı ciddi narahatlıqlarını üzə çıxarıb. Belə ki, sorğu iştirakçılarının 67 faizi Yaxın Şərqdə alovlanan gərginliyin yaxın aylarda yanacaq bazarına mənfi təsir edəcəyini və benzin qiymətlərinin kəskin artacağını proqnozlaşdırır.
Qeyd edək ki, 6–9 mart tarixlərində reallaşan sorğuda ölkə üzrə ümumilikdə 1021 nəfər iştirak edib.