İran Prezidenti Məsud Pezeşkian Rusiya və Pakistan liderləri ilə telefon danışığı zamanı  regiondakı müharibənin yekunlaşması üçün Tehranın şərtlərini bəyan edib. 

Postxronika.az  xəbər verir ki, dövlət başçısı bu barədə özünün "X"  sosial şəbəkə hesabında məlumat paylaşıb.

Pezeşkian həmkarları ilə təmasları zamanı İranın bölgədə sülhə sadiq qaldığını bir daha diqqətə çatdırıb. O vurğulayıb ki, İsrail və ABŞ tərəfindən başladılan bu münaqişəyə son qoyulmasının yeganə yolu Tehranın tələblərinin yerinə yetirilməsidir:

"İranın qanuni hüquqlarının tanınması, dəyən ziyana görə təzminatların ödənilməsi və gələcək hücumlara qarşı möhkəm beynəlxalq zəmanətlərin verilməsi bu müharibəyə son qoymağın yeganə yoludur", - deyə İran lideri qeyd edib.