İranda fəaliyyət göstərən bir sıra kürd silahlı qruplaşmalarının yeni ittifaq yaratdığı və ölkə daxilində mümkün hərəkət planlarını müzakirə etdiyi bildirilir. 

Postxronika.az "Türkiye Gazetesi" nə istinadən xəbər verir ki, bu koalisiyaya PJAK, Komala və İran Kürdüstanında fəaliyyət göstərən digər oxşar qruplar daxildir.

Məlumata görə, təşkilatlar ölkə daxilində, o cümlədən Güney Azərbaycanda həyata keçirilə biləcək fəaliyyət variantlarını nəzərdən keçirirlər. İttifaq nümayəndələri dron və raket hücumları ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək ABŞ və İsraildən bölgədə “uçuşa qadağan zona” yaradılması məsələsini nəzərdən keçirməyi xahiş ediblər.

Komala təşkilatının rəhbəri Rza Kaabi potensial əməliyyatların yalnız ABŞ-nin dəstəyi ilə yaradılacaq “qorunan uçuşa qadağan zona” şəraitində mümkün ola biləcəyini qeyd edib.