Aktrisa Foebe Dinevorun baş rol aldığı “Thrash” adlı triller filminin ilk treyleri təqdim olunub. Film ''Netflix'' platformasında aprelin 10-da yayımlanacaq. Layihə əvvəlcə ''Sony Pictures'' üçün “Beneath the Storm” adı ilə planlaşdırılsa da, sonradan adının dəyişdirilməsi və platforma dəyişikliyi ilə yekunda “Thrash” adı altında təqdim edilir.


Postxronika.az xəbər verir ki, filmin süjeti güclü qasırğadan sonra sahil şəhərində baş verən hadisələrdən bəhs edir. Beş mərhələli fırtına bölgəni viran qoyduqdan sonra ac köpəkbalıqları sulara yayılır və sakinlərin həyatı təhlükə altına düşür. Hekayədə Dinevorun canlandırdığı hamilə qadın çətin və təhlükəli şəraitdə sağ qalmağa çalışır. O, treylerdə doğulmamış övladını qorumaq üçün hər şeyə hazır olduğunu bildirir.

Filmin rejissoru Tommi Uirkoladir. O, daha əvvəl ''Dead Snow'', ''Hansel & Gretel: Witch Hunters'' və ''Violent Night'' kimi layihələrlə tanınıb. Aktyor heyətində Uhitney Pik, Djimon Hounsou və Matt Nable kimi isimlər də yer alır. Dinevor isə bundan əvvəl ''Fair Play'' filmi və ''Bridgerton'' serialındakı rolu ilə geniş auditoriyaya tanınıb.