İranın ali rəhbəri Müctəba Xamenei strateji əhəmiyyət kəsb edən Hörmüz boğazının bağlı qalmalı olduğunu bəyan etdi. Martın 12-də dövlət televiziyası vasitəsilə dini liderin vəzifəyə gəldikdən sonra ictimaiyyətə ünvanladığı ilk rəsmi müraciəti yayımlandı. Diqqətçəkən məqam isə bu xəbərdarlığın efirdə qadın diktor tərəfindən səsləndirilməsi oldu.

Postxronika.az xəbər verir ki, mətndə rəsmi Tehranın şəhidlərin qanını yerdə qoymayacağı və intiqam almaqdan qətiyyən çəkinməyəcəyi vurğulandı. Həmçinin, ölkə rəhbəri düşmənlərdən müvafiq kompensasiya tələb ediləcəyini, əks təqdirdə onların aktivlərinin məhv ediləcəyini qəti şəkildə bildirdi.