"Napoli" yeni mövsüm öncəsi heyətini planlaşdırmağa davam edərkən diqqətini "Qalatasaray"ın ulduz müdafiəçisi Vilfrid Sinqoya yönəldib.
Postxronika.az xəbər verir ki, klub yarımmüdafiəçi Frank Anguissa ilə müqavilə yeniləmə danışıqlarını davam etdirərkən, "Qalatasaray"ın ulduz müdafiəçisi Vilfrid Sinqo ilə də ilkin əlaqə saxlayıb. Digər tərəfdən, Anguissanın müqaviləsi "Napoli" üçün prioritet olaraq qalır. Klub rəhbərliyi, menecer Antonio Kontenin sistemində mühüm rol oynayan kamerunlu yarımmüdafiəçini klubda saxlamaq üçün yeni müqavilə prosesini tez bir zamanda yekunlaşdırmağı hədəfləyir.