Tanınmış türkiyəli tarixçi İlber Ortaylı vəfat etdi.
Postxronika.az xəbər verir ki, bu barədə mərhumun rəsmi "İnstaqram" hesabında açıqlanıb. Sözügedən açıqlama aşağıdakı kimidir.
"İlber Ortaylını itirdik
Ailəmizin böyüyü İlber Ortaylını 13 mart 2026-cı ildə itirdik.Uzun və getdikcə daha da mürəkkəbləşən sağlamlıq problemlərinə baxmayaraq, həyata olan marağı və insanlarla birlikdə olmaq istəyi heç vaxt azalmadı və o, bacardığı qədər, ən yaxşı bildiyi kimi yaşadı.Oxucuları, tələbələri və pərəstişkarları onu hər hansı bir alim üçün misilsiz bir sevgi və hörmətlə əhatə etdilər.Onun adından dərin minnətdarlığımızı bildiririk.Dəfn mərasimi ilə bağlı məlumatı daha sonra paylaşacağıq."