Prezident İlham Əliyev inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Yeni sənədə əsasən, ictimai nəqliyyatda elektron siqaretlərdən istifadəyə görə cərimə tətbiq edəcək rəsmilərin dairəsi dəqiqləşdirilib.

Postxronika.az xəbər verir ki, artıq metropolitenin vestibül, keçid, platforma və vaqonlarında, eləcə də taksilərdə bu tip cihazların istifadəsinə ciddi məhdudiyyət qoyulur. Müvafiq səlahiyyətli qurumlar qeyd edilən məkanlarda qaydanı pozan vətəndaşları birbaşa cərimələmək hüququna malik olacaqlar. Dövlət başçısının bu gün təsdiqlədiyi yeni qərar 2026-cı il aprelin 1-dən etibarən tam qüvvəyə minəcək.