Prezident İlham Əliyev dövlət informasiya sistemlərinin fəaliyyətini tənzimləyən əsasnamələrdə dəyişiklik edilməsi barədə fərman imzalayıb. Yeni sənəd maliyyə şəffaflığını təmin etmək, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədi daşıyır.
Postxronika.az xəbər verir ki, təsdiqlənən dəyişikliklərə əsasən, "AYNA" informasiya sistemi və "Elektron Hökumət İnformasiya Sistemi"nə (EHİS) yeni tələblər əlavə olunub. Bundan sonra dövlət reyestrlərində hüquqi şəxslərin nizamnamə kapitalındakı payları ilə yanaşı, onların benefisiar mülkiyyətçiləri (əsl gəlir əldə edən sahibləri) barədə məlumatlar da öz əksini tapacaq. Bu addım ölkədə biznes mühitinin hesabatlılığını və idarəetmədə şəffaflığı daha da artıracaq.