Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bu aydan etibarən ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. 

Postxronika.az xəbər verir ki, bu layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır.

2026-cı ilin mart ayı ərzində qastrol proqramı Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edəcək.

Mart ayı üçün nəzərdə tutulan konsert proqramı aşağıdakıdır:

16 mart, saat 17:00: Ağdam Muğam Mərkəzi – Beynəlxalq Muğam Mərkəzinin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri.

17 mart, saat 13:00: Laçın şəhəri, “LaCinema” kinoteatrı – Beynəlxalq Muğam Mərkəzinin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri.

19 mart, saat 20:00: F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası.

28 mart, saat 18:00: Mingəçevir Dövlət Dram Teatrı.

29 mart, saat 18:00: Mingəçevir şəhəri, Heydər Əliyev Mərkəzi – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, solistləri və xor kollektivi.