Uzun illər eyni qütbdən çıxış edən Amerika və Avropa münasibətləri Tramp administrasiyasının Qrenlandiyaya iddialarından sonra gərginləşib. ABŞ üçün Avropa daha müttəfiq yox, iqtisadi və siyasi rəqibə çevrilib. Amerika artıq Avropa Birliyindəki ölkələrlə tək-tək, şərtləri daxilində danışmaq istəyir. ABŞ-ın Avropanı zəiflətmək və parçalamaq marağı nə dərəcədə realdır? 

Mövzu ilə bağlı Postxronika.az-a danışan politoloq İlkin Məmmədkərimov bildirib ki, ümumiyyətlə, Tramp hökuməti Avropanın təhlükəsizliyini təmin etdiyini düşünür. Lakin bu yanlışdır. Avropa artıq başa düşür ki, Amerika Avropa ölkələrindən öz ordularını qurmağı tələb edir.

"Avropa anlayır ki, Amerika onları Rusiyaya qarşı müdafiə edə bilməyəcək. Ona görə bu gün Böyük Britaniya, Almaniya və Fransa hərbi ittifaq anlaşması imzalayıblar. 

ABŞ-İran münaqişəsinə də fikir versək görərik ki, Böyük Britaniya və Fransa Amerikaya dəstək vermək üçün tələsmirlər. Bundan başqa, Trampın Avropanı parçalama niyyəti də Avropa Birliyini narahat edir. Məsələn, onların Macarıstanla nüvə sınaqları həyata keçirməsi, hərbi əməkdaşlıq müqaviləsi və s. bunlar Avropa birliyinə mesajdır ki, siz Macarıstanı özünüzdən kənarlaşdırırsız biz isə onları dəstəkləyib tərəfimizə çəkəcəyik.

Digər tərəfdən Amerika, Çinlə Avropa Birliyi arasındakı münasibətlərin yaxınlaşmasından ehtiyatlanır, yəni, supergüc kimi, Çin ABŞ-ni əvəzləyə bilər. Belə ki, Fransa, Böyük Britaniya Çinlə yeni əməkdaşlıq qururlar. Trampın da martın sonu Çinə səfəri gözlənilir. Qərb mətbuatında bununla bağlı məlumatlar var. Mənə elə gəlir, ABŞ-nin əsas tələblərindən biri Çinin Avropa birliyi və Latın Amerikası ölkələrindən uzaq durması olacaq", - deyə politoloq qeyd edib.

Ağa