İranla hərbi gərginliyin artması Respublikaçı Partiyası daxilindəki ideoloji ziddiyyətləri kəskinləşdirərək Donald Trampın seçki ittifaqını sarsıdır.

Postxronika.az xəbər verir ki, Takker Karlson və Co Roqan kimi nüfuzlu mühafizəkar fiqurlar bu münaqişəni "Amerikanın deyil, İsrailin müharibəsi" adlandıraraq prezidenti tənqid atəşinə tutublar. Rəy sorğuları göstərir ki, MAGA tərəfdarları əməliyyatları dəstəkləsə də, sıravi Respublikaçıların üçdə biri və bir çox müharibə veteranı quru qoşunlarının göndərilməsinə qətiyyətlə qarşı çıxır.

​Bu daxili çəkişmələr Trampın "müharibə başlatmayan lider" imicini zədələməklə yanaşı, partiyanın donor elitası ilə anti-müdaxiləçi bazası arasındakı uçurumu daha da dərinləşdirir. Analitiklər hesab edirlər ki, ictimai rəyin mənfi zonada qalması və vətənpərvərlik dalğasının yaranmaması qarşıdan gələn aralıq seçkilərində sağ cinahın mövqelərini zəiflədə bilər. Hazırda Ağ Ev həm xarici cəbhədə, həm də öz siyasi koalisiyası daxilindəki etirazlarla mübarizə aparmaq məcburiyyətindədir.