Atasının varisi elan edilən Müctəba Xameneinin dövlət televiziyası vasitəsilə yayımlanan ilk rəsmi bəyanatı ölkə daxilində ciddi müzakirələrə yol açıb.
Postxronika.az xəbər verir ki, yeni rəhbərin ictimaiyyət qarşısına çıxmaması və mesajın aparıcı tərəfindən oxunması bir çox iranlıda onun səhhəti, eləcə də real idarəçiliyin kimin əlində olduğu barədə suallar doğurub. Tehrandan olan sakinlər müraciətin radikal tonundan narahatlıqlarını ifadə edərək, bu çıxışın Müctəba tərəfindən yazıldığına şübhə etdiklərini bildiriblər. Sənəddə Hürmüz boğazının qapalı saxlanılacağı və rəqib tərəflərdən qisas alınacağı vurğulansa da, xalqın əksər hissəsi sistemdə köklü dəyişikliklərin baş verməyəcəyi qənaətindədir.
ABŞ rəsmilərinin Xameneinin hava zərbələri zamanı ağır yaralandığına dair iddiaları fonunda onun səsli və ya görüntülü sübut təqdim etməməsi qeyri-müəyyənliyi daha da dərinləşdirib. Hazırda internetin kəsildiyi ölkədə vətəndaşlar baş verənləri "köhnə ideologiyanın naməlum davamı" kimi qiymətləndirirlər.