ABŞ Dövlət Departamenti Müctəba Xameneinin tapılmasına kömək edəcək informasiya üçün 10 milyon dollar məbləğində mükafat vəd edib.
Postxronika.az xəbər verir ki, rəsmi Vaşinqton bu qərarı cümə günü yaydığı bəyanatla ictimaiyyətə açıqlayıb. Donald Tramp bir müddət əvvəl sözügedən şəxsin son hərbi münaqişələrdə xəsarət aldığını, lakin sağ qaldığını diqqətə çatdırmışdı.Bu addım İranın siyasi elitasına qarşı iqtisadi və kəşfiyyat təzyiqlərinin artırılmasının tərkib hissəsi kimi qiymətləndirilir. Hazırda ABŞ tərəfi bu genişmiqyaslı axtarış tədbiri ilə bağlı əlavə məlumatların toplanması prosesini davam etdirir. Beynəlxalq müşahidəçilər verilən bu qərarın regiondakı diplomatik proseslərə ciddi təsir göstərəcəyini proqnozlaşdırırlar.