İranın İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat qanadı regiondakı ərəb sakinlərini ABŞ hərbçilərinin gizli məkanlarını ifşa etməyə çağırıb.
Postxronika.az xəbər verir ki, rəsmi bəyanatda otellərdə və mülki mənzillərdə məskunlaşan 11 minə yaxın amerikalı hərbçinin koordinatlarının verilməsi istənilib. Tehran tərəfi iddia edir ki, Vaşinqton öz əsgərlərindən yerli əhalini "canlı qalxan" kimi istifadə etmək üçün istifadə edir.Müraciətdə ərəb vətəndaşlarına "İslami vəzifə" xatırladılaraq, amerikalıların sığındığı binalardan kənar durmaq barədə xəbərdarlıq edilib. SEPAH rəsmiləri bu şəxsləri "terrorçu" adlandıraraq, onların müəyyən edilərək zərərsizləşdirilməsinin qaçılmaz olduğunu vurğulayıblar. Hazırda bu çağırış Yaxın Şərqdəki təhlükəsizlik risklərini ən yüksək həddə çatdırıb.