Paytaxtın Nərimanov və Nəsimi rayonlarında yerləşən ticarət mərkəzlərindən oğurluqlar edilməsi barədə polisə müraciət daxil olub.

Postxronika.az bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir. 

Belə ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 41 yaşlı V.Kotlyar müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun eyni gündə əvvəlcə 1200 manat dəyərində qızıl-zinət əşyaları, içərisində mobil telefon və bank kartları olan çanta oğurladığı aşkar edilib.

Araşdırmalar davam etdirilir.