Dünən "Fatih Karagümrük"ə qarşı məğlubiyyətdən sonra baş məşqçi Domeniko Tedesko və idman direktoru Devin Özekin qatıldığı idarə heyətinin iclası baş tutdu.
Postxronika.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda "Fatih Karagümrük"ün 2-0 hesabı ilə qalib gəldiyi oyundan sonra "Fənərbaxça" prezidenti Sadettin Saran və idarə heyətinin üzvləri stadionda qısa bir görüş keçirdilər və bu gün baş məşqçi Domeniko Tedesko və idman direktoru Devin Özeklə görüşmək qərarına gəldilər. Sarı-göy rəhbərliyin Tedesko və Devin Özeklə görüşlərdən sonra veriləcək qərarlarla bağlı açıqlama verməsi gözlənilir.