Bu gün qadınlar arasında keçirilən 3x3 basketbol üzrə FİBA Çempionlar Kubokunda yarımfinal oyunları keçirilib.

Postxronika.az xəbər verir ki,  millimiz yarımfinal oyununda basketbolun yaradıcıları sayılan ABŞ yığması üzərində 22:20 hesablı qələbə qazanaraq, finala yüksəlib. Finalda rəqibimiz Niderland seçməsi olacaq. Oyun Bakı vaxtı ilə saat 14:05-də baş tutacaq.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.