ABŞ Prezidenti Donald Tramp bir neçə dövlətin Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu deyib.
Postxronika.az xəbər verir ki, "NBC News"a müsahibə verən Ağ Ev rəhbəri tərəfdaş ölkələrin bu təşəbbüsü yüksək qiymətləndirdiyini və su yolunun minalardan təmizlənməsində iştirak edəcəklərini vurğulayıb.
İran tərəfi boğazın rəsmən bağlanmadığını desə də, hücum qorxusu səbəbindən tankerlərin hərəkəti faktiki olaraq dayanıb. Tramp beynəlxalq enerji marşrutunun açıq qalması üçün Britaniya, Çin və Yaponiya kimi ölkələri bölgəyə hərbi gəmilər göndərməyə çağırıb. O, həmçinin ticarət gəmilərinin hərbi donanma tərəfindən müşayiət olunma ehtimalının da nəzərdən keçirildiyini qeyd edib.