İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin yeni Ali Rəhbəri Müctəba Xameneinin sağlamlıq vəziyyətinin yaxşı olduğunu və dövlət işlərini idarə etdiyini bildirib.
Postxronika.az xəbər verir ki, "Al Araby Al Jadeed" nəşrinə müsahibə verən diplomat inqilab rəhbərinin tam fəaliyyətdə olduğunu vurğulayıb. Nazir həmçinin İranda daxili vəziyyətin sabit olduğunu qeyd edərək dövlət qurumları və ya ordu daxilində heç bir parçalanmanın olmadığını vurğulayıb.