Cüdo üzrə yeniyetmə (U-16) idmançılar arasında təşkil olunan "İstedadların seçimi" turnirinin II turu yekunlaşıb.
Postxronika.az “Report”a istinadən xəbər verir ki, yarış Abşeron Olimpiya İdman Kompleksində baş tutub.
Mübarizəyə qoşulan 67 klub və idman cəmiyyətindən ümumilikdə 221 idmançı (270 oğlan, 49 qız) öz gücünü sınayıb. Turnirin son günündə isə 118 cüdoçu mübarizəyə qoşulub. Qızlar 44 kq, 52 kq, 63 kq və +70 kq, oğlanlar isə 55 kq, 66 kq, 81 kq və +90 kq çəki dərəcələrində mükafatlar uğrunda yarışıblar.
Yarışın əsas məqsədi cüdo üzrə milli komandanın ehtiyat bazasını gücləndirmək, perspektivli gənc cüdoçuları aşkar etmək və onların inkişafını dəstəkləməkdir. İki turun yekun reytinqində hər çəki dərəcəsi üzrə ilk dörd yeri tutan idmançılar "Gələcəyin ümidləri" adlı xüsusi təlim proqramına cəlb olunacaqlar.