"Fənərbaxça" "Fatih Karagümrük"ə məğlubiyyətdən sonra kritik bir rəhbərlik iclası keçirib. Məşqçi Domeniko Tedesco ilə davam etmək qərarının şərti olduğu öyrənilib.
Postxronika.az xəbər verir ki, Liqa lideri "Qalatasaray"ın fərqi artırması səbəbindən əhval-ruhiyyənin aşağı olduğu bir vaxtda prezident Sadettin Saran tərəfindən idarə olunan zirvə toplantısında məşqçi dəyişikliyinin böyük risk daşıyacağı qiymətləndirilib. Saran və direktorlar şurası "Bu mərhələdə məşqçi dəyişikliyinin yeni məşqçini də yoracağı" barədə razılığa gəliblər. Sabitliyi qorumaq üçün Tedesco ilə davam etməli olduqları bildirilib.