2026-cı il Academy Awards mərasimində “Ən yaxşı aktyor” mükafatını qazanan Maykl B. Cordan gənc sənətçilərə motivasiyaedici mesaj ünvanlayıb. Aktyor qalibiyyətindən sonra çıxışında yaradıcılıq yoluna yeni başlayanlara böyük düşünməyi və dürüst qalmağı tövsiyə edib.
Postxronika.az xəbər verir ki, mətbuat otağında jurnalistlərin suallarını cavablandıran aktyor uğurun əsasının zəhmət olduğunu bildirib. O, atasının ona hər zaman “heç nə sənə hazır verilməyəcək” dediyini xatırladaraq qeyd edib ki, insan sadəcə işinə fokuslanmalıdır və qalanı zamanla öz yerini tapır.
Jordan həmçinin ''Sinners'' filmində əkiz qardaşlar Smoke və Stack obrazlarını canlandırıb. Ryan Kooqlerin rejissoru olduğu ekran əsəri'ni ''Warner Bros.'' istehsal edib və mükafat mövsümündə 16 nominasiya əldə edərək 4 kateqoriyada qalib gəlib.
Aktyor çıxışında ''Oscar''ın sənayedə zirvə sayıldığını vurğulasa da, sənətçilərə başqaları ilə müqayisə aparmamağı tövsiyə edib. O, hər kəsin öz yolunun olduğunu bildirərək aktyor və yaradıcı insanları səmimi olmağa, böyük arzular qurmağa və insanlara qarşı mehriban davranmağa çağırıb.
Mükafatını qəbul edərkən Jordan uğurunu özündən əvvəl Oskar qazanan qaradərili aktyorların yolunu açması ilə əlaqələndirib və Sidney Poitier, Denzel Vaşinqton , Halle Berri, Ceymi Foks, Forest Uiteykr və Uill Smit kimi sənətçilərin adını xüsusi qeyd edib. Aktyor onların yolunu davam etdirməyin onun üçün böyük qürur olduğunu bildirib.