Academy Awards mərasimində ''Warner Bros.'' studiyası rekord nəticə göstərib. Studiyanın istehsalı olan ''Sinners'' və ''One Battle After Another'' filmləri ümumilikdə 11 ''Oscar'' qazanaraq bir gecədə ən çox mükafat əldə edən studiyalar sırasında tarixi nəticəni təkrarlayıb.
Postxronika.az xəbər verir ki, Pol Tomas Andersonun rejissoru olduğu “One Battle After Another” altı kateqoriyada qalib gəlib. Film “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı adaptasiya olunmuş ssenari” daxil olmaqla bir neçə əsas mükafatı qazanıb. Həmçinin Şan Penn “Ən yaxşı ikinci plan aktyoru”, Kassandra Kulukundis “Ən yaxşı kastinq”, Endi Jurgensen isə montaj üzrə ''Oscar''a layiq görülüb.
Digər tərəfdən, Ryan Kooqlerin çəkdiyi “Sinners” filmi dörd mükafat əldə edib. Ekran əsəri “Ən yaxşı orijinal ssenari”, Maykl B. Cordan üçün “Ən yaxşı aktyor”, Lüdviq Göransson üçün “Ən yaxşı musiqi” və Autumn Durald Arkapau üçün “Ən yaxşı operator işi” nominasiyalarında qalib olub.
Studiyanın uğurları bununla məhdudlaşmayıb. Amy Madigan Zak Kreqqerin “Weapons” filmindəki roluna görə “Ən yaxşı ikinci plan aktrisası” mükafatını qazanıb. Beləliklə, ''Warner Bros.'' bir gecədə 11 ''Oscar'' əldə edərək daha əvvəl ''Ben-Hur'', ''Titanic'' və ''The Lord of the Rings: The Return of the King'' filmlərinin yaratdığı rekord göstərici ilə eyni nəticəyə çatıb.