ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett İrana qarşı həyata keçirilən hərbi əməliyyatların ölkə büdcəsinə indiyədək 12 milyard dollara başa gəldiyini bəyan edib.


Postxronika.az xəbər verir ki, rəsmi Vaşinqton mövcud arsenalın yetərli olduğunu bildirərək, Konqresdən əlavə maliyyə vəsaiti tələb etmək niyyətində olmadığını vurğulayıb. Hassett ABŞ-nin nəhəng neft istehsalçısı statusuna arxalanaraq, Tehranın addımlarının Amerika iqtisadiyyatına ciddi zərər vura bilməyəcəyini qeyd edib.

​Xatırladaq ki, fevralın 28-dən başlayan ABŞ-İsrail müştərək hücumları nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla bir çox yüksək rütbəli rəsmi həyatını itirib. İran tərəfi cavab olaraq Qətər, BƏƏ və Bəhreyndəki Amerika bazalarını hədəf alsa da, hücumların gətirdiyi ümumi insan itkisinin 1300 nəfəri keçdiyi bildirilir. İlk altı gündə xərclərin 11,3 milyard dolları aşması barədə iddialar fonunda, rəsmi rəqəmlərin açıqlanması hərbi əməliyyatların iqtisadi miqyasını ortaya qoyur.