Avropanın bir çox dövləti səhiyyə sistemlərinin səmərəliliyini artırmaq üçün süni intellekt texnologiyalarından geniş istifadə etməyə başlayıb.


Postxronika.az xəbər verir ki, Finlandiya tibbi kadrların təlimi, Estoniya məlumatların analizi, İspaniya isə xəstəliklərin erkən diaqnostikası istiqamətində innovativ həllər tətbiq edir. Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Hans Kluge bu texnologiyanın milyonlarla insan üçün reallığa çevrildiyini, lakin məlumatların məxfiliyi və hüquqi təminatların vacibliyini diqqətə çatdırıb.

​Eyni zamanda, Qeyts Fondu və OpenAI 2026-cı ilin yanvarından etibarən Afrikada tibbi potensialı gücləndirmək məqsədilə 50 milyon dollar vəsait ayıracaqlarını bəyan ediblər. Müasir rəqəmsal alətlər həkimlərin sənədləşmə işlərini azaldaraq, onlara pasiyentlərə daha çox vaxt ayırmaq imkanı yaradır. Mütəxəssislər vurğulayırlar ki, süni intellekt tibb işçilərini əvəz etmək üçün deyil, onların fəaliyyətini sürətləndirmək və xidmət keyfiyyətini yüksəltmək üçün nəzərdə tutulub.