“Əl-Hədəs" qəzeti Müctəba Xameneinin İranın üçüncü ali rəhbəri təyin olunması prosesinin kifayət qədər gərgin keçdiyini bildirib.
Postxronika.az xəbər verir ki, mənbələrə istinadən yayılan məlumatda namizədin mümkün 88 səsdən yalnız 59-nu topladığı və bu vəziyyətin müxtəlif siyasi cinahlar arasında kəskin qarşıdurma yaratdığı vurğulanır.
Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani başda olmaqla, mötədil siyasətçilər ölkəyə xalqı birləşdirə biləcək bir simanın lazım olduğunu əsas gətirərək bu təyinata etiraz ediblər. Lakin SEPAH-ın, eləcə də Əhməd Vəhidi və Hüseyn Taib kimi nüfuzlu hərbi elitanın tam dəstəyi Müctəbanın rəqiblərini üstələməsinə şərait yaradıb. Beləliklə, güc strukturlarının müdaxiləsi nəticəsində mötədillərin müqaviməti qırılaraq yeni liderin hakimiyyəti təsdiqlənib. Hazırda radikal və mülayim qruplar arasındakı bu fikir ayrılığının ölkə daxilində ciddi müzakirələrə yol açdığı qeyd olunub.Əl-Hədəs" qəzeti Müctəba Xameneyinin İranın üçüncü ali rəhbəri təyin olunması prosesinin kifayət qədər gərgin keçdiyini bildirib. Postxronika.az xəbər verir ki, mənbələrə istinadən yayılan məlumatda namizədin mümkün 88 səsdən yalnız 59-nu topladığı və bu vəziyyətin müxtəlif siyasi cinahlar arasında kəskin qarşıdurma yaratdığı vurğulanır.
Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani başda olmaqla, mötədil siyasətçilər ölkəyə xalqı birləşdirə biləcək bir simanın lazım olduğunu əsas gətirərək bu təyinata etiraz ediblər. Lakin SEPAH-ın, eləcə də Əhməd Vəhidi və Hüseyn Taib kimi nüfuzlu hərbi elitanın tam dəstəyi Müctəbanın rəqiblərini üstələməsinə şərait yaradıb. Beləliklə, güc strukturlarının müdaxiləsi nəticəsində mötədillərin müqaviməti qırılaraq yeni liderin hakimiyyəti təsdiqlənib. Hazırda radikal və mülayim qruplar arasındakı bu fikir ayrılığının ölkə daxilində ciddi müzakirələrə yol açdığı qeyd olunur.