UEFA-nın açıqlamasına görə, 30 may şənbə günü saat 19:00-da Macarıstanın Budapeşt şəhərindəki Puskas Arenada keçiriləcək 2026-cı il UEFA Çempionlar Liqası finalının biletləri satışa çıxarılıb.
Postxronika.az xəbər verir ki, müraciətlər 19 mart cümə axşamı saat 13:00-dək davam edəcək. Cəmi 61.400 bilet mövcuddur, onlardan 39.000-i birbaşa azarkeşlərə və ümumi satışa çıxarılacaq, finalçı komandaların hər birinə isə 17.200-ə qədər bilet paylanacaq.
Müraciətləri qəbul edilən futbol azarkeşləri maksimum iki bilet ala bilərlər. Xüsusi qayğıya ehtiyacı olan azarkeşlər həmçinin istək əsasında bir pulsuz bilet ala bilərlər. Elanda 1-ci kateqoriya biletlərinin 950 avro, 2-ci kateqoriya biletlərinin 650 avro və 3-cü kateqoriya biletlərinin isə 180 avro olduğu bildirilib.