Nizami rayonunda paytaxt sakininin bankomatda unutduğu pulu mənimsəyən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Postxronika.az xəbər verir ki, vətəndaşın şikayəti əsasında Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı H.Allahverdiyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, kart sahibi əməliyyatı başa çatdıra bilməyib və bankomatın yanından uzaqlaşıb. H.Allahverdiyev isə hesabın açıq olduğunu görərək zərərçəkənə məxsus 676 manat maddi vəsaiti oğurlayıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.