Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sürət qatarına daş atılması nəticəsində onun şüşəsinin zədələnməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə bağlı araşdırma aparılıb.
Postxronika.az xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu cür hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, qatara daş atılması sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bu kimi hallar bəzən qrafikdə gecikmələrə səbəb olur və nəticədə sərnişinlər mənzil başına gec çatır.