Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağazaların birində soyğunçuluq hadisəsi baş verib. Cinayət hadisəsi barədə dərhal polisə müvafiq məlumat daxil olub.

Postxronika.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, məlumat əsasında Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Onların əvvəllər məhkum olunmuş 42 yaşlı Tərlan Abbasov və 28 yaşlı İsmayıl Dostəlizadə olduğu məlum olub.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.