Avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək. Avqustun 27-də paytaxtımızda U17 dünya çempionatı baş tutacaq.

Postxronika.az xəbər verir ki bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb. 

Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U17 dünya çempionatına da ev sahibliyi edəcək. Beləliklə, yay mövsümündə paytaxtımız dünya güləşinin mərkəzlərindən birinə çevriləcək.