Trendyol Super Liqasının 27-ci həftəsində "Qaziantep FK" üzərində 4-1 hesablı qələbə qazanan "Fənərbaxça"nın ikinci qolunu vuran N'Golo Kante matçdan sonra açıqlama verib.

Postxronika.az xəbər veir ki, "Fənərbaxça" formasında ilk qolunu qeyd edən Kante deyib: "Əslində ilk gəldiyimdən bəri yaxşı qarşılandım. Əlimdən gələni etməyə çalışıram. Yeni bir liqaya, yeni bir ölkəyə gəlmişəm. Bugünkü nəticədən məmnunam. Bura gəldiyim ilk andan özümü yaxşı hiss edirəm. Bu komanda üçün hər şeyi etmək istəyirəm."