Dünən keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Real" səfərdə "Mançester Siti"ni 2-1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.

Postxronika.az xəbər verir ki, Arda Gülər ​​növbəti dəfə manşetlərdə yer alıb və həm İspaniya, həm də Avropa mediasının diqqətini çəkib. UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Mançester Siti" və "Real Madrid" qarşılaşıb. "Etihad" stadionunda "Mançester Siti" qeyri-mümkün kimi görünən bir vəsiqə uğrunda mübarizə aparmağa çalışıb, lakin Bernardo Silva 20-ci dəqiqədə qırmızı vərəqə aldıqdan sonra ümidləri puça çıxıb. "Real Madrid" ümumi 5-1 hesabı ilə "Mançester Siti"ni məğlub edərək Çempionlar Liqasının 1/4 finalına yüksəlib.