UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra növbəti mərhələyə vəsiqə qazanan komandaların adları müəyyən edilib.
Postxronika.az xəbər verir ki, son qarşılaşmalarda "Barselona", "Liverpul", "Bavariya" və "Atletiko" rəqiblərini üstələyərək adlarını ən güclü səkkizliyə yazdırıblar.
Daha əvvəl isə PSJ, "Real Madrid", "Arsenal" və "Sportinq" klubları bu uğura imza atmışdılar.
Turnirin 1/4 final mərhələsində futbolsevərləri PSJ–"Liverpul", "Real"–"Bavariya", "Barselona"–"Atletiko" və "Sportinq"–"Arsenal" kimi maraqlı qarşıdurmalar gözləyir.
Qeyd edək ki , ilk oyunların aprelin 7-də, cavab qarşılaşmalarının isə bir həftə sonra keçirilməsi planlaşdırılır.