Ölkə ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində axtarışda olan şəxslərin tutulması təmin edilib.

Postxronika.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, martın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslər aidiyyəti üzrə istintaqa təhvil veriliblər.