Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Postxronika.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, martın 18-də polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri hazırda da davam etdirilir.