Ölkə ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın tapılaraq götürülməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər uğurla davam etdirilir. Martın 18-də paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə müvafiq tədbirlər həyata keçirilib.
Postxronika.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində 9 avtomat silahı, 2 qumbaraatan, 2 pulemyot, 8 qumbara, 2 alışdırıcı, 20 tüfəng, 107 patron darağı və 7233 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər hazırda da davam etdirilir.