"Qalatasaray" 1/8 finalın ikinci oyununda "Liverpul"a 4-0 hesabı ilə məğlub olaraq UEFA Çempionlar Liqasını tərk edib. İlk oyunda 1-0 hesabı ilə qalib gələn sarı-qırmızılı komanda səfərdə ağır məğlubiyyətə uğrayıb və dörddəbir finala çıxmaq şansını itirib.

Postxronika.az xəbər verir ki, "Liverpul" UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyununda dominantlıq edərək növbəti mərhələyə yüksəlməsini təmin etməyi bacarıb.

Meydandakı nəticəyə baxmayaraq, "Qalatasaray"ın turnirdən əldə etdiyi gəlir 53,5 milyon avro olub.