"Liverpul" futbolçusu Virgil van Dayk "Qalatasaray" matçından sonra açıqlama verib.
Postxronika.az xəbər verir ki, daha çox qol vura biləcəklərini deyən hollandiyalı oyunçu Uğurcan Çakırın oyununa diqqət çəkərək deyib:
"Düşünürəm ki, daha çox qol vura bilərdik, amma "Qalatasaray" qapıçısı dörd qol buraxmasına baxmayaraq, yenə də çox yaxşı oyun sərgilədi".