"Qalatasaray" UEFA Çempionlar Liqasında "Liverpul"la səfər matçında barmağından zədə alan Noa Lanq üçün təzminat iddiası qaldıracağını açıqlayıb.
Postxronika.az xəbər verir ki, "Qalatasaray"ın baş katibi Eray Yazqan UEFA ilə əlaqə saxladıqlarını bildirib və deyib:
"Məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət etdik. UEFA-ya qarşı təzminat iddiası qaldıracağıq. Onun maaşı ilə bağlı üzləşdiyimiz ədalətsizliyə görə təzminat tələb edəcəyik".