Novruz və Ramazan bayramları münasibətilə işğaldan azad edilmiş ərazilərə səfər edən soydaşlarımızın təhlükəsizliyi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Postxronika.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir, vətəndaşlar bayram günlərində ictimai asayişin qorunması üçün məsuliyyətli olmalıdılar.
Bildirilib ki, bölgəyə sərbəst gediş-gəliş üçün xüsusi portaldan qeydiyyatdan keçmək və müəyyən olunmuş marşrut xətlərindən kənara çıxmamaq mütləqdir.
Təhlükəsizlik qaydalarına əsasən, əraziyə tezalışan və partlayıcı maddələrin gətirilməsi qətiyyən qadağan edilib. Səyahət edənlərə yalnız rəsmi istirahət zonalarına üz tutmaq və nümunəvi vətəndaşlıq davranışı nümayiş etdirmək tövsiyə olunub.
Bu tədbirlər bayram şənliklərinin əmin-amanlıq şəraitində keçməsini və milli təhlükəsizliyin qorunmasını təmin etmək məqsədi daşıyır.