Kevin Speysi cinsi təcavüz ittihamı irəli sürən üç nəfərlə məhkəmədənkənar razılığa gəlib. Bu səbəbdən aktyorun oktyabrda Londonda keçirilməli olan mülki məhkəmə prosesi dayandırılıb.


Postxronika.az xəbər verir ki, iddiaçılar ulduzun 2000-2013-cü illər arasında qanunsuz hərəkətlər törətdiyini iddia edirdilər. Şikayətçilərdən biri sənətçinin ona qarşı 12 dəfə zorakılıq etdiyini, digəri isə 2008-ci ildə mənəvi zərər çəkdiyini bildirib. Xatırladaq ki, 2023-cü ilin iyulunda keçirilən cinayət məhkəməsində Hollivud ulduzu bənzər ittihamlar üzrə bəraət qazanmışdı.

İddiaçılardan Ruari Kennon aktyorun 2013-cü ildə onu narahat etdiyini bildirsə də, Speysi bu fikirləri qətiyyətlə rədd edib. O, sosial şəbəkədə hər dəfə özünü müdafiə imkanı tapdıqda günahsızlığının sübut olunduğunu vurğulayıb. Speysi bəzən "həddindən artıq səmimi" olduğunu etiraf etsə də, heç vaxt qəsdən fiziki təcavüz etmədiyini müdafiə edir.